n2006

n2006 Mətbəx 6-08-2022, 08:00

Yayın Əsl Ləzzəti Moruqlu Muffin

Yayın Əsl Ləzzəti Moruqlu Muffin
Çayın və ya uşaqlara südün yanına süfrəyə verə biləcəyiniz zərif, yumşaq və ətirli moruqlu muffin hazırlaya bilərsiniz.LoaDinG.Az ləzzətli, moruqlu muffin reseptini təqdim edir.

Tərkibi:
200 qr un
2 çay qaşığı qabartma tozu
75 qr şəkər tozu
1 ədəd yumurta
175 ml süd
125 qr kərə yağı
175 qr moruq
Hazırlanma qaydası:
İlk öncə kərə yağını əridin və soyuması üçün kənara qoyun. Bir qabda unu və qabartma tozunu ələyin. Üzərinə şəkər tozu əlavə edib qarışdırın. Başqa bir qabda yumurta çəngəllə çırpın. Üzərinə süd və əridilmiş, soyudulmuş kərə yağı əlavə edib qarışdırın. Üzərinə unlu qarışığı da töküb yaxşıca qarışdırın. Yuyub, kağız dəsmalla qurutduğunuz moruqları da xəmirə əlavə edib ehtiyyatla qarışdırın. Muffin qəliblərinə xəmiri bölüşdürün və əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə üzəri qızılırəng alanadək bişirin. Bişən muffinlər ilındıqdan sonra üzərini zövqə görə moruqla, kremlə və ya şəkər kirşanıyla bəzəyə bilərsiniz.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 529 440 468 456 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.