n2006

n2006 Mətbəx 4-08-2022, 20:50

Bişməyən Vaflili Qrilyaj Tortu

Bişməyən Vaflili Qrilyaj Tortu
Bir fincan isti çay və ya qəhvənin yanına imtina edə bilməyəcəyiniz çox dadlı tort hazırlaya bilərsiniz. LoaDinG.Az məhsulla və az vaxtda hazırlayacağınız bişməyən vaflili qrilyaj tortunun reseptini təqdim edir.

Tərkibi:
200 qr şəkər tozu
200 qr kərə yağı
200 qr bal (4 dolu xörək qaşığı)
1,5 xörək qaşığı kakao
250 qr xırda doğranmış qoz
5 ədəd vafli korju
Hazırlanma qaydası:

Öncə bir qabda kərə yağı, şəkər tozu və balı qarışdırıb qaynama dərəcəsinə çatdırın. Qaynamağa başlayanda xırdalanmış qozu əlavə edib daha 7 dəqiqə qaynadın. Kakao əlavə edib daha 2 dəqiqə qaynadın. İsti qrilyajı vafli korjlarının arasına yaxıb üzərinə ağır bir şey qoyaraq 1 gecə saxlayın. Süfrəyə verdikdə zövqə görə üzərini su hamamında əridilmiş şokoladla bəzəyə bilərsiniz. Vaflili qrilyaj tortunu dilimləyərək süfrəyə verə bilərsiniz.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
601 619 587 611 528 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.