Allahdan başqasına ibadət etməyin!
”And olsun ki, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli bir günün sizə üz verəcək əzabından qorxuram!” (Hud, 11/25-26)
Mənaca tərcüməsini təqdim etdiyimiz bu ayədə qeyd edildiyi kimi, Uca Rəbbimiz həzrət Nuhu öz tayfasına Peyğəmbər göndərmişdir. Həzrət Nuh da öz qövmü üçün bir nəsihətçi və açıq-aşkar xəbərdarlıq edən bir Peyğəmbər olduğunu elan etmiş, Allahdan başqa məbudun mövcud olmadığını, yəni Ondan başqasına ibadət etməmələrinin vacibliyini xatırlatmışdır. Nuh (ə) Peyğəmbərlik vəzifəsini nöqsansız olaraq yerinə yetirmişdir. Ancaq qövmü ona qulaq asmamış, yenə öz köhnə azğınlığına davam etmişdir. Buna baxmayaraq, Nuh (ə) onun sözünə qulaq asmasalar, başlarına böyük bir fəlakətin gələcəyindən narahat olduğunu da vurğulayaraq öz qövmünü xəbərdar etmişdir. Ancaq yenə də bütün səylərinə baxmayaraq, cəmiyyətin başçıları Nuhun (ə) dəvətini qəbul etməmiş, hətta onu azğınlıqla ittiham etmişdilər (əl-Əraf, 7/60). Hətta təbliğ fəaliyyətindən əl çəkmədiyini görəndə: “Ey Nuh! (Bu işdən ) əl çəkməsən, bil ki, səni daşlayacağıq!” deyərək hədələmişdilər (əş-Şuəra, 26/116). Nəhayət, Həzrət Nuh Rəbbinə dua edib: “Ey Rəbbim! Mən məğlub oldum, yardım et” dedi.” (əl-Qəmər, 54/10)
“Nuh dedi: “Ey Rəbbim! Həqiqətən qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!”
Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq!” (əş-Şuəra, 26/117-120).
Bütün peyğəmbərlər qövmlərini bir olan Allahı tanımağa və Ona qul olub ibadət etməyə dəvət etmiş, bu dəvət əsnasında müxtəlif çətinliklərlə üzləşmiş, sıxıntılara məruz qalmışlar. Digər bütün peyğəmbərlər kimi Peyğəmbərimiz həzrət Muhamməd (s.ə.s.) də eyni şəkildə qövmünü Allaha qulluq etməyə dəvət etmişdir. Ayədə: “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” deyə vəhy etməyək.” (əl-Ənbiya, 21/25) buyurularaq bütün peyğəmbərlərə əmr edilən əsasın bir və tək olan Allaha iman və Ona ibadət etmək olduğu açıq-aşkar vurğulanmışdır.
Müqəddəs Kitabımız Quranda Rəbbimizə ibadət etməyimizin vacibliyi açıq şəkildə buyurulur:
“Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!” (Məryəm, 19/36),
“Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!” (əl-Həcc, 22/77).
Demək ki, yaradılış qayəmiz “Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım!” (əz-Zariyat, 51/56) ayəsində də açıq-aşkar bildirildiyinə görə, Uca Rəbbimizə ibadət etmək və Onun əmrlərini qüsursuz şəkildə yerinə yetirməkdir. İbadətlərimizi icra edərkən, xüsusən də, namazlarımızı qılarkən hər rükətində oxuduğumuz Fatihə surəsində “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə, 1/5) deyərək bir qul, bəndə olduğumuzu və yalnız Ona ibadət etdiyimizi ifadə edirik. Beləliklə, Uca Rəbbimizdən başqasına ibadət edilməyəcəyini, ibadətə yalnız Onun layiq olduğunu xüsusilə vurğulayaraq tövhid inancını açıq-aşkar bəyan edirik. Uca Rəbbimiz də bizə yuxarıda mənaca tərcüməsini verdiyimiz ayələrdə də açıq-aşkar qeyd edildiyi üzrə yalnız Ona ibadət etməyimizi əmr edir.
Biz insanları digər məxluqlardan fərqləndirən ən mühüm xüsusiyyətimiz ağıl, iradə və bizi yaradan Uca Rəbbimizə qarşı yerinə yetirdiyimiz ibadətlərimizdir. Əgər insani xüsusiyyətlərimizi düzgün şəkildə istifadə edib iman və bunun təbii nəticəsi olan ibadətlərimizi yerinə yetirməzsək, digər məxluqatdan heç bir fərqimiz qalmaz. Hətta bizdən kənarda olan digər məxluqatdan daha da aşağı olacağımız Rəbbimiz tərəfindən ayədə belə ifadə edilir:
”And olsun ki, Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır” (əl-Əraf, 7/179).
Ağıl və iradə sahibi olmayan varlıqlardan fərqli olduğumuzu və qafillərdən olmadığımızı ifadə etməyin yolu Rəbbimizə olan imanımız və ibadətlərimizdir. Əgər iman və ibadətimiz olmasaydı, Uca Mövlamızın qatında nə dəyərimiz olardı ki? Bu həqiqəti Rəbbimiz Müqəddəs Kitabımız Qurani-Kərimdə açıq-aydın ifadə etmişdir:
”(Ey Muhamməd!) De ki: “Əgər duanız (ibadətiniz) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olardı?...” (əl-Furqan, 25/77).
Demək ki, biz insanlar Rəbbimizin qatında imanımız, ibadətlərimiz və qulluğumuzla qiymətli və dəyərli olduğumuzu unutmamalı və Ondan başqasına qulluq etməməliyik.