n2006

n2006 İdman 7-08-2022, 09:30

İsti havada idman etmək hansı problemlərə səbəb ola bilər?

İsti havada idman etmək hansı problemlərə səbəb ola bilər?
İstilərdə açıq havada intensiv fiziki fəaliyyətdən qaçmaq tövsiyə olunur.

"İsti havada qan damarları sürətlə genişlənir, nəbz maksimum həddə çatır. Əgər insan eyni zamanda idmanla da məşğul olarsa, o zaman istilik vurması və qıcolma riski yüksəkdir".

Bu barədə həkim-terapevt Natalya Prosyannikova məlumat verib.

İstilərdə açıq havada intensiv fiziki fəaliyyətdən qaçmaq tövsiyə olunur, bu halda idman zalında dərslərə üstünlük vermək daha məqsədəuyğun hesab olunur. Çünki aktiv məşqlər orqanizmin susuzlaşmasına səbəb ola bilər.

“Hətta cüzi fiziki aktivlik bədən istiliyinin artmasına gətirib çıxarır və isti havalarda qan damarlarımız daha sürətlə genişlənir, nəbz maksimuma çatır. Bütün bunlar istilik vurmasına, qıcolmalara və əzələ kramplarına səbəb ola bilər. Məşq zamanı kifayət qədər su içməsəniz, kardio və ya güc məşqləri kimi məşqlər orqanizmin susuzlamasına səbəb ola bilər”, - deyə terapevt xəbərdarlıq edib.

Mütəxəssis onu da qeyd edib ki, küçədə idmanla məşğul olmaq üçün səhər saatları daha məqbuldur. Həmçinin bu zaman təbii, nəfəs ala bilən materiallardan paltar seçmək və kifayət qədər su içmək məsləhət görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
397 379 331 397 365 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.