n2006

n2006 Sağlamlıq 9-08-2022, 22:07

Kələmin qızıldan qiymətli FAYDALARI

Kələmin qızıldan qiymətli FAYDALARI
Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
LoaDinG.Az xəbər verir ki, qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.
Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.
1) Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir.
2) Podaqra, oynaq xəstəliklərindən əziyyət çəkənlər mütləq kələm yeməlidir ki, bu tərəvəz orqanizmdə sidik turşusunun səviyyəsini aşağı salır. Məhz sidik turşusunun səviyyəsinin artması bir çox oynaq xəstəliklərinin əsas səbəbidir.
3) Kələm güclü iltihabəleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın səviyyəsini aşağı salır.
4) Kələm xərçəngdən qoruyur. Bu xüsusilə süd vəzi xərçənginə aiddir.
5) Qida lifləri ilə zəngin olduğundan kələm bağırsaqları çox yaxşı təmizləyir, qəbizliyi müalicə edir.
6) Kələm ürək və damar xəstəliklərinin riskini azaldır, xolesterinin səviyyəsini və arterial təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.
7) Kələm dərini gözəl, təmiz və sağlam edir.
Kələmdən maksimum fayda almaq üçün onu çiy halda salatlara əlavə etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 439 465 415 399 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.