DeliBirHatun

DeliBirHatun özünü 🤔 fikirli hiss edir. Sağlamlıq 11-08-2022, 11:57

Depressiyanın başlıca səbəbi məlum oldu

Depressiyanın başlıca səbəbi məlum oldu
İnsan orqanizmində depressiya və demensiyanın meydana gəlməsinə xüsusi bakteriyalar təkan verir.

LoaDinG.Az bildirir ki, Löven Katolik Universitetinin (Niderland) alimləri belə bir nəticəyə gəlib.

"Nature" nəşrinin məlumatına görə, alimlər beyinin sağlamlığı və düzgün fəaliyyəti ilə bağırsaq bakteriyaları arasında birbaşa əlaqənin olduğunu aşkarlayıb.

Mikroflorada baş verən ən cüzi pozuntu insanın psixoemosional vəziyyətinin dərhal dəyişməsi ilə nəticələnir.

Alimlər müəyyən edib ki, kliniki depressiya diaqnozu qoyulmuş insanlar, demək olar ki, Coprococcus, Faecalibacterium və Dialister bakteriyalarından məhrumdur. Digər tərəfdən belə insanlarda bağırsaqların qıcıqlanması və iltihabına yol açan Bacteroides bakteriyalarının yüksək miqdarı müşahidə olunur.

İndi onlar depressiyalı xəstələrdən ibarət təcrübi qrup yaradaraq, onları faydalı bakteriyaların köməyi ilə müalicə etmək niyyətindədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 405 337 334 358 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.