4 üsulla gözlərinizi daha böyük göstərin
Gözlərinin kiçik olmasından şikayət edirsinizmi? Nəysə ki doğru makiyajla möcüzələr yarada bilərsiniz! Elə isə 4 addımda gözlərinizi daha böyük göstərmənin yolu!
Eyeliner ya da göz qələminin gözlərinizi daha böyük göstərmək üçün ən doğru vasitə olduğunu bilirsiniz; amma iş tətbiqə gəlincə heç cür istədiyiniz nəticəni əldə edə bilmirsinizmi? İndi addım-addım necə daha böyük gözlərə qovuşacağınızı izah edəcəyik.
Göz qapağınıza eyeliner köməyiylə qalın bir xətt çəkin.
Gözünüzün iç qisimini şaftalı-ağ tonlarında bir göz qələmiylə boyanın; bu gözünüzün daha böyük görünməsini təmin edəcək. Qələmin dümağ olmamasına diqqət yetirin, seçəcəyiniz rəng daha təbii tonlarda olmalı!
Üst kirpiklərinizi təbii görünüşlü bir taxma kirpik köməyiylə gücləndirin.
Alt kirpiklərinizi tuş ilə önə çıxarın; ancaq topaklanma olmamasına diqqət edin. Bunun üçün tuşu kirpiklərinizə sürmədən bir salfet köməyiylə üzərindəki boya çoxluqlarından xilas ola bilərsiniz.






