Owusu

Owusu Xəbərlər 14-08-2022, 14:00

Harada pis var məni gəlib tapır!

Harada pis var məni gəlib tapır!
Bəzən görürük ki, bir qadın əri tərəfindən dəfələrlə şiddətə məruz qalsa da, onu tərk etmir və evliliyini davam etdirir. Yaxud çox insanlar ona travma yaşatmış valideynlərinə oxşar insanlarla münasibət qurur.
Həm də bunu bədbəxt olacağını bilə-bilə edir.
Belə insanların çox vaxt "harada pis insan varsa elə məni tapır", "bu nə bəxtdir, həmişə eyni vaziyyətlərə düşürəm" deyə şikayətləndiyini eşidə bilərsiniz.

Məsələ burasındadır ki, insan özünün və öz yaşadıqlarının fərqinə varmadığından beynində həll edilməmiş travmanın yarımçıqlığını tamamlamağa çalışaraq əslində özü eyni vəziyyətləri özünə çəkir.

Bu məğlub olmuş pəhləvanın güləşməyə doymamasına bənzəyir. Pəhləvan savaşda yalnız qalibiyyət qazandıqdan sonra bu döyüş onun beynində bitir. Bu qələbə qazanılmazsa, pəhləvanın həyatı ancaq bu döyüşün gözünün qarşısına gələn kadrlarından ibarət olacaqdır.
Bəs niyə bu baş verir?
Niyə insan onu yaralayacaq vəziyyətləri təkrarlayır?

Çünki insan təbiətcə mühafizəkar varlıqdır və dəyişmədən qorxur. Terapiyaya gələn insanların həyatlarından, olduqları şərtlərdən şikayət etsələr də, dəyişimə, psixoterapevtinə müqavimət göstərdiklərini görürük. Bağlanma və sevgi bütün insanların təməl ehtiyacıdır və əgər insan bu sevgini ona travma verən valideynlərdən alırsa, bu adət etdiyi formadan ayrıla bilmir.

Nəticədə həyatı keçmişin sonsuz təkrarından ibarət hal alır. Bu elə cəlladı ilə təkbətək qalan adamın yaşamaq üçün cəlladını sevməyə başladığı Stokholm sindromunun bir şəkli deyilmi?
Bəs nə etməli?

Insan travmasının fərqinə varmalıdır. Məhz travmasını
fərq etdikdə və dərk etdikdə insan keçmişin təkrarlarından ayrıla və yeni həyata başlaya bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 313 330 323 325 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.