n2006

n2006 Kişilər 15-08-2022, 18:45

Bir qədəh artıq içilən pivə ömrü 15 dəqiqə azaldır – XƏBƏRDARLIQ

Bir qədəh artıq içilən pivə ömrü 15 dəqiqə azaldır – XƏBƏRDARLIQ
Sağlam adama həftədə 5 pay spirtli içki içmək olar. Bu 100 qram təmiz alkoqoldur – 5 standart qədəh şərab, yaxud bu qədər parç pivədir. Əgər siz bundan çox içəcəksinizsə, ürək problemindən, iflic, yaxud anevrizmidən ölmək riskini artırırsınız.



LoaDinG.Az bildirir ki, bu, yeni araşdırma nəticəsində ortaya çıxıb. Araşdırma müəllifləri qeyd edirlər ki, hər əlavə parç pivə ömrü 15 dəqiqə qısaldır.



University of Cambridgedən olan Devid Şpilqalteranın sözlərinə görə, əgər 40 yaşlı insan axşam 4 qədəh şərab içərsə, onun ömrü 2 il azalacaq.



Araşdırma zamanı məlum olub ki, həftədə 5-10 porsiya alkoqollu içki qəbulu ömrü 6 ay qısaldır. Bu porsiya 10-20 arasında olanda ömür qısalığı 1-2 il olur. Əgər göstərici 20 porsiyadan yuxarı olarsa, ömür uzunluğu 5-6 il qısalır.



Alimlər qeyd edirlər ki, təmiz spirt həcmi içkidən içkiyə fərqlidir. Ancaq bir porsiya alkoqollu içkidə 10-14 qram təmiz alkoqol var. Öz növbəsində, vaxtından əvvəl ölüm riski spirtli içkinin təhlükəsiz normadan artıq olmasından birbaşa asılıdır.



Çox miqdarda alkoqol qəbulundan sonra insan vaxtsız ölümə gətirib çıxaracaq iflic, ürək çatışmazlığı, hipertoniya və digər problemlərlə üzləşə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
452 499 473 448 440 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.