n2006

n2006 Sağlamlıq 16-08-2022, 15:45

Ev heyvanları yaşlı insanların ömrünü uzadır

Ev heyvanları yaşlı insanların ömrünü uzadır
Ev heyvanlarının, xüsusilə it saxlanması yaşlı insanların sağlamlığına müsbət təsir göstərir. Bu, İtaliyanın yaşlı nəsillərin problemlərini öyrənən mərkəzin “65 yaşlı insanlar və ev heyvanları” məruzəsində qeyd edilir.

LoaDinG.Az`ın verdiyi xəbərə görə, mütəxəssislər bu nəticəyə gəliblər ki, ev heyvanları yaşı 65-dən yuxarı olan insanların fiziki və psixoloji göstəricilərini yaxşılaşdırır. Bundan başqa, ev heyvanları psixoloji rahatlıq və yüksək fiziki tonus hesabına öz sahibinin ömrünü həqiqətən uzada bilər.



Bu xüsusilə itlərə aiddir. İt saxlayanlar daha fəal həyat tərzi sürməyə və öz heyvanını istənilən havada gəzdirməyə məcburdurlar.



Mütəxəssislərin fikrincə, məhz belə gəzintilər yaşlıların fiziki yüklənmələrini əvəz edə bilər. Nəticədə it sahibləri onların ev heyvanları olmayanlarla müqayisədə 57 faiz daha fəal həyat sürürlər. Maraqlıdır ki, ev heyvanları saxlayan yaşlı insanlar da öz həyatlarını daha sağlam qiymətləndirirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
482 415 480 433 396 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.