n2006

n2006 Sağlamlıq 17-08-2022, 08:43

Depressiya zamanı spirtli içki qəbul etmək olar?

Depressiya zamanı spirtli içki qəbul etmək olar?
Professor Boris Polojiy payız depressiyası zamanı spirtli içki qəbul etməyin zərərlərindən danışıb.
LoaDinG.Az xəbər verir ki, mütəxəssisin fikrincə, bu vəziyyətdə alkoqoldan asılılıq son dərəcə sürətlə inkişaf edir.
"Belə hallarda alkoqol vərdişi çox tez formalaşır. Depressiya daha tez-tez yarana bilər. Əgər siz depressiyanı daim alkoqolla aradan qaldırmağa çalışırsınızsa, bir çox hallarda asılılıq qaçılmazdır. Hər hansı problemi çözə bilməyən insan özünü başqa girdaba salır. Alkoqol vəziyyəti bir müddət yaxşılaşdırır, amma bu, dərman kimi istifadə etmək üçün səbəb deyil", - ekspert "Sputnik" radiosuna verdiyi müsahibədə deyib.
Polojiy depressiyanı aradan qaldırmaq üçün daha təsirli və daha təhlükəsiz vasitələrin olduğunu vurğulayıb: "Gəzinti və ya qaçış kimi fiziki aktivliyi antidepresantlarla müqayisə etmək olar. Simptomlar şiddətlənməyə davam edərsə, psixoterapevt və ya psixiatrla məsləhətləşin".
Mütəxəssis ekstremal hallarda depressiya ilə antidepresantlarla mübarizə aparmağı məsləhət görür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 489 329 353 412 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.