Owusu

Owusu İdman 21-08-2022, 08:00

Edinson Kavani İspaniya klubu ilə razılığa gəldi

Edinson Kavani İspaniya klubu ilə razılığa gəldi
Uruqvaylı hücumçu Edinson Kavani "Villarreal"a keçməyə yaxındır.

Bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında yazıb.

Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu İspaniya klubu ilə prinsipial razılığa gəlib. "Villarreal" UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off raundundan sonra Kavanini transfer etməyi planlaşdırır.

Qeyd olunur ki, "Nitsa" hələ də hücumçunun qarşısını almağa ümid edir və yeni təklif hazırlayır.

Xatırladaq ki, Edinson Kavani ötən mövsümü İngiltərə Premyer Liqasında "Mançester Yunayted"də keçirib. Uruqvaylı futbolçu 15 görüş keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi bu ilin iyununda başa çatıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 513 372 394 426 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.