Owusu

Owusu İdman 21-08-2022, 09:00

Buskets həm "Barselona"nı, həm də İspaniya millisini tərk edəcək

Buskets həm "Barselona"nı, həm də İspaniya millisini tərk edəcək
İspaniya millisinin yarımmüdafiəçisi Serxio Buskets cari mövsümün sonunda "Barselona"nı tərk edəcək.

Futbolçu maaşın azaldılması ilə bağlı danışıqlar zamanı güzəştə getməkdən imtina edib. O, Kataloniya komandasını tərk etmək niyyətindədir.

İnsayderlərin sözlərinə görə, cari mövsüm başa çatdıqdan sonra 34 yaşlı yarımmüdafiəçi İspaniya millisindəki çıxışını başa vurmaq niyyətindədir.

"Barselona"nın yetirməsi olan Serxio Buskets 676 matçda 18 qol vurub və 40 məhsuldar ötürmə edib. İspaniya millisinin tərkibində Buskets 133 oyun keçirib, iki dəfə Avropa çempionu (2008 və 2012-ci illər) və bir dəfə dünya çempionu (2010-cu il) olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 477 424 474 410 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.