Owusu

Owusu İdman 21-08-2022, 02:34

Bərpa prosesi gözlədiyimdən də sürətli keçir"

Bərpa prosesi gözlədiyimdən də sürətli keçir"
Komandamızın zədəli futbolçusu Kevin Medina klubun saytına açıqlama verib.



Kolumbiyalı müdafiəçi bərpa prosesindən danışıb və komandamızın oyunlarını izlədiyini deyib:



“Əvvəlcədən nəzərdə tutulduğu kimi, əməliyyatım Almaniyanın Münhen şəhərində baş tutdu. Daha sonra isə bərpa prosesi üçün Portuqaliyaya yollandım. Burada olan idman mərkəzində çoxlu məşhur futbolçu bərpa prosesi keçib. Bərpa prosesi gözlədiyimdən də sürətli alınır və özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, tez zamanda komandaya qoşulacağam. Zədələndikdən sonra komandamızın bütün matçlarını canlı izləmişəm. Komandamla fəxr edirəm. Bəzi itkilər olsa da, bu, oyunumuzda hiss edilmir. Oyundan-oyuna daha yaxşı və parlaq mübarizə aparırıq. Həmişə demişəm ki, bu, qladiatorlar ailəsidir. İndi bunu daha yaxşı müşahidə edirəm. Amma bir az kədərlənirəm. Çünki pley-off qarşılaşmasında Çempionlar Liqasının himnini eşitmək, bu turnirin möhtəşəmliyini hiss etmək istəyirdim. Komandanın adına çox sevinirəm. İnanıram ki, cavab oyununda yaxşı nəticə qazanıb, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq. Mən də əlimdən gələni edirəm ki, tez sağalım və komandaya qoşulum”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 356 355 375 342 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.