n2006

n2006 Moda.Dəb 21-08-2022, 08:12

Uzun boylu qadınlar üçün xüsusi geyim üslubları – FOTOLAR

Uzun boylu qadınlar üçün xüsusi geyim üslubları – FOTOLAR
Qısa boylu xanımlar üçün necə geyinməli sualı həmişə aktual olur. Uzun boylu xanımlar üçün də eyni durum keçərlidir. Bəs görəsən, boy baxımından problem yaşamayan qadınlar hansı üslübda geyinməlidir? Beləliklə, “Gencaile.az”saytı Türkiyə mətbuatına istinadən uzun boy xanımlar üçün ideal sayılan geyim üslublarını təqdim edir:



Dəri geyimlər:

Ucaboylu xanımlar, dəri parçadan olan geyimləri rahatlıqla istifadə edə bilərlər. 2020-ci ildə də dəbdə olacaq dəri parçadan olan geyimlər uzun boya sahib olan xanımlar üçün ideal tərzdir.



Uzun paltarlar:

Uzun paltarlar dolabınızda hər zaman yer almalıdır. Bədən quruluşunuza uyğun uzun geyimlər sizi olduqca zərif göstərəcək.



Böyük ölçülü gödəkcələr və kostyumlar

Qısa boya sahib olan xanımlar üçün böyük ölçülü geyimlər düzgün seçim olmasa da, uzun boylu xanımlar üçün doğru sayılır. Geniş jaketlər və ya geniş pencəklər cins şalvarla kombinə edilərsə, daha şıq və incə görüntü bəxş edir.



Mini ətəklər

Həm qısa həm də, uzun boy xanımlar üçün mini ətək mükəmməl seçimdir. Mini ətəyi sport və ya dikdaban ayaqqabılarla uyğunlaşdıraraq gözəl görüntü əldə edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 477 469 551 454 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.