n2006

n2006 Moda.Dəb 21-08-2022, 19:46

Qadınları cazibədar göstərən 5 geyim növü

Qadınları cazibədar göstərən 5 geyim növü

Görünüşünüzə cazibədarlıq qatmaq istədiyiniz zaman bir çoxunuzun qarderobunda olan bu geyim növlərindən hər hansı birini istifadə edə bilərsiniz. Bu 5 geyim növünün nələr olduğunu sizin üçün araşdırmışıq.



Qələm ətək

Hər dövrün modası olan qələm ətək bədəninizi sararaq bədən cizgilərinizi ortaya çıxarır və bu sayədə də sizi daha cazibədar göstərir. Qara, boz ya da göy rəngdə olan qələm ətəklərdən istifadə edə bilərsiniz.



Kəmərli plaş

Görünüşünüzə sirli bir hava qatan kəmərli plaşlardan mütləq qarderobunuzda olsun. Xüsusilə qara və krem rənglərə üstünlük verin.



Bəbir naxışlı geyimlər

Hər il trend olan heyvan naxışlı paltarlar qadınlara hər zaman cazibədar bir görünüş verir. Kombinlərinizdə bəbir naxışlı geyimlər istifadə etdiyiniz zaman diqqət etməli olduğunuz nüans yalnız bir hissədə bu naxışlardan istifadə etməyinizdir. Məsələn, əgər köynəyiniz bəbir naxışlıdırsa, ətək və ya şalvarlarınız sadə olmalıdır və hətta bu cür aksessuarlardan da istifadə etməməlisiniz.



Stiletto ayaqqabılar

İncə dabanlar üzərində durmaq elə də asan olmasa da bir çox qadınlar daha cazibədar görünmək üçün bu cür ayaqqabılardan istifadə edirlər. Bu ayaqqabılar demək olar ki, cazibədar qadınların simvoluna çevrilmişdir.



İpək köynək

İpək köynəklər klassik və sofistik bir görünüş yaratmaqla yanaşı, yüngül və bədəndən axması ilə cazibədar bir görünüş də verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 463 521 480 389 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.