n2006

n2006 Sağlamlıq 23-08-2022, 07:00

Oturaq işin zərərlərini necə azaltmaq olar?

Oturaq işin zərərlərini necə azaltmaq olar?
"Oturaq vəziyyət insan pozasının fizioloji tələbat baxımından ən qeyri-funksionalıdır".
LoaDinG.Az xəbər verir ki, bunu "Sputnik" radiosuna müsahibəsində kardioloq Vladimir Xoroşev deyib.
"İnsan ayaqüstə olarkən və ya uzanarkən onun arteriyaları düz vəziyyətdə qalır. Oturarkən isə damarlar daralır və arterial qanın axını kəskin azalmağa başlayır. Bu, çox pis haldır. Qan axışının yavaşlaması həmin arteriyalarda aterosklerotik dəyişikliyin artmasına səbəb ola bilər. Bu isə çox ağır fəsadlara - aşağı ətraflarda arterial yolların zədələnməsinə yol aça bilər. Təəssüf ki, bunun müalicəsi də çox bahadır", - kardioloq bildirib.
Oturaq işin mənfi fəsadlarını azaltmağa gündə yarım saat – bir saatlıq fiziki məşğələlər yardımçı ola bilər: "Oturaq poza ən əlverişsizidir. Əgər insanın oturaq həyat tərzindən çəkinmək imkanı varsa, bunu etmək gərəklidir. Müasir ofislərdə ayaqüstü kompüter stollarının quraşdırılması boşuna deyil. Belə yerdə insan oturmur, ayaqüstə qalır. Bu funksional olaraq alverişlidir. Bilmək lazımdır ki, ayaqüstə qalmaq heç də zərərsiz deyil, ancaq insan hər 30 dəqiqədən bir hərəkət edərsə, bu ziyanı azalda bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 350 361 320 389 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.