n2006

n2006 Avto Dünya 23-08-2022, 12:30

“Zenvo” yeni superavtomobilini təqdim edəcək

“Zenvo” yeni superavtomobilini təqdim edəcək
Danimarkanın "Zenvo" şirkəti Kaliforniyada keçiriləcək Monterey Avtomobil Həftəsi çərçivəsində yeni modelini təqdim edəcək.

LoaDinG.Az bildirir ki, bu ay nümayiş etdiriləcək avtomobilin təqdimat mərasimi qapalı olacaq və tədbirə yalnız brendin ən sadiq pərəstişkarları dəvət ediləcək.

"Zenvo"nun Baş Kommersiya Direktoru və İdarə Heyətinin sədri Yens Sverdrup ən azı iki "Zenvo TSR-S"in "Broadway"dəki "Exotics" tədbirlərində iştirak edəcəyini təsdiqləyib. Yeni model barədə təfərrüatlar isə açıqlanmayıb.

Xatırladaq ki, bu gün "Zenvo Automotive" ailəsinə "Zenvo ST1" kupesi, eləcə də onun əsasında hazırlanmış "Zenvo TSR", "Zenvo TSR-S" və "Zenvo TS1 GT" avtomobilləri daxildir. Danimarka superkarlarının hər birinin qiyməti təxminən bir milyon yarım avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 451 431 488 461 506

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.