n2006

n2006 Mətbəx 26-08-2022, 10:00

Bol Çiyələkli Tart

Bol Çiyələkli Tart
Çox dadlı və asan hazırlanan bol çiyələkli tart reseptini sizlərə təqdim edirik.

Tərkibi:

250 qr buğda unu
100 qr şəkər tozu
100 ml portağal suyu
50 ml zeytun yağı
1,5 çay qaşığı qabartma tozu
700 qr çiyələk
1 paket vanil
3-4 xörək qaşığı qarğıdalı nişastası
85 qr qəhvəyi şəkər tozu
Hazırlanma qaydası:

İlk öncə bir qabda un, qabartma tozu və şəkər tozunu qarışdırın. Üzərinə zeytun yağı və portağal suyunu da əlavə edib xəmiri yoğurun. Yoğurduğunuz xəmiri bir saatlıq soyuducuya yerləşdirin. Çiyələkləri yarıya bölün və şəkər tozu, vanil və nişasta ilə qarışdırın. Xəmiri soyuducudan çıxarıb oxlovla yayın və tart qabına yerləşdirin. Xəmiri qabın kənarlarına da yayın və səliqəyə salın. Hazırladığınız çiyələkləri də tartın üzərinə töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 412 453 455 372 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.