n2006

n2006 Mətbəx 26-08-2022, 13:00

Zərif Krem Brüle Dondurması

Zərif Krem Brüle Dondurması
Dünyada yüz minlərlə dondurma növü var. Ancaq bu çeşidlərin arasında Creme Brulle dondurmasının xüsusi bir yeri var. Bu zərifliyin prototipi olan deserti hazırlayaraq özünüzü və sevdiklərinizi ləzzətli dondurma ilə sevindirə bilərsiniz. LoaDinG.Az zərif Krem Brüle dondurmasının reseptini təqdim edir.

Tərkibi:

200 qr bişmiş qatılaşdırılmış süd
200 qr süd
400 qr 35 %-lik qaymaq
Hazırlanma qaydası:

Bir qabda bişmiş qatılaşdırılmış südün üzərinə 200 qr süd əlavə edib 15-20 dəqiqəlik kənarda saxlayın. Digər bir qabda qaymağı mikserlə yaxşıca çırpın. Bişmiş qatılaşdırılmış südü də mikserlə bir neçə dəqiqə çırparaq qarışdırın. Daha sonra bu qarışıqdan çırpılmış qaymağa qaşıq-qaşıq əlavə edərək mikserlə yaxşıca çırpın. Hazırladığınız dondurmanı soyuducuya yerləşdirə biləcəyiniz konteynerə və ya formaya tökün. Soyuducunun dondurucu rəfinə yerləşdirib 6-8 saatlıq dondurun. Süfrəyə verməzdən əvvəl 10 dəqiqə otaq temperaturunda saxlayın. Daha sonra porsionluq kasalara bölüşdürüb süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
466 434 435 425 405 403

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.