Vitaminlə Zəngin Qızıl Şorba
Dana əti, noxud və yaşıl mərciməklə hazırlanan qızıl şorba, vitamin baxımından olduqca zəngindir. Tərkibində zülal, dəmir, fosfor və maqnezium mineralları da olan bu şorba immuniteti gücləndirdiyi üçün ayda iki dəfə bişirilməsi məsləhətdir. LoaDinG.Az qızıl şorbanın reseptini təqdim edir.
Tərkibi:
1 litr ət suyu
100 qr dana əti
100 qr noxud
90 qr yaşıl mərcimək
40 qr bulqur
40 qr kərə yağı
40 qr günəbaxan yağı
yarım xörək qaşığı un
1 çay qaşığı bibər tomatı
yarım soğan
yarım pomidor
1 ədəd yaşıl şirin bibər
duz
Hazırlanma qaydası:
Noxud və mərciməyi axşamdan isladın. Noxudu 1 gecə islatmadan ən tez bişirməyin yolunu bu məqaləmizdən oxuya bilərsiniz. İslatdığınız noxud və mərciməyi ayrı qablarda bişirin və kənara qoyun. Bir qazanda ət suyunu kərə yağının yarısıyla qaynadıb süzün. Başqa bir qazanda günəbaxan yağı və qalan kərəyağını əlavə edib qızdırın. Kiçik doğranmış dana ətlərini əlavə edib qovurun. Xırda doğranmış bibər və soğanı, qaynadılmış mərciməyi, un, bibər tomatı və xırda doğranmış pomidoru ardıcıllıqla əlavə edib qovurun. Qaynayan ət suyunu da qarışdıraraq əlavə edin. Duz, bişmiş noxud və bulquru əlavə edib 7-8 dəqiqə qaynadıb bişirin. Bişən qızıl şorbanı isti halda süfrəyə verin.

Nuş Olsun!