n2006

n2006 Mətbəx 26-08-2022, 19:00

Hərarəti Salan Böyürtkən Limonadı

Hərarəti Salan Böyürtkən Limonadı
Soyuqdəymə zamanı hərarəti salan, ümumi vəziyyəti yüngülləşdirən, iltihabı azaldan, sağalmanı tezləşdirən böyürtkəndən çox ləzzətli limonad hazırlaya bilərsiniz. LoaDinG.Az faydalı və ləzzətli böyürtkən limonadının reseptini təqdim edir.

Tərkibi:

300 qr böyürtkən
5 ədəd limon
2 stəkan şəkər tozu
5 stəkan su (1 litr)
7-8 budaq təzə nanə
Hazırlanma qaydası:

Limonların ağ qisimlərini götürmədən qabıqlarını rəndələyin. Daha sonra suyunu sıxın. Rəndələdiyiniz limon qabıqlarını, böyürtkənləri, limon suyunu, şəkər tozunu və nanəni geniş bir qaba tökün. Aradabir qarışdırıb otaq istiliyində 2 saat saxlayın. İçməli suyun 2 stəkanını qaynadın. Qaynayan suyu gözlətdiyiniz limonlu qarışığın üzərinə tökün. İçərisindəki şəkər tozu tamamilə əriyənə qədər qarışdırın. İncə bir süzgəc və ya tənzifdən keçirib suyunu süzün. Qalan suyu da əlavə edib qarışdırın. Böyürtkənli limonadı soyuducuda soyutduqdan sonra süfrəyə verə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 325 379 361 318 371

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.