n2006

n2006 Sağlamlıq 27-08-2022, 22:00

Çipsilər deyildiyi kimi zərərli deyil - Dietoloq

Çipsilər deyildiyi kimi zərərli deyil - Dietoloq
Çipsi və qazlı sular düzgün qidalanmanın əsas düşmənlərindən biridir, lakin müəyyən istifadə ilə insan orqanizminə bəzi meyvələrdən çox zərər vermir.
LoaDinG.Az xəbər verir ki, bu barədə rusiyalı dietoloq İvan Alimenko danışıb:
"Çipsilər yüksək təzyiqi olan insanlar üçün zərərlidir, çünki duzlu olurlar. Tərkibində xolesterin olduğu üçün aterosklerozlu insanlar üçün, eyni zamanada çox kalori olduğundan obez insanlar üçün zərərlidir. Ancaq başa düşməlisiniz ki, bəzi faydalı məhsullar da bu xəstəlikləri olan insanlar üçün zərərlidir".
Alimenkonun sözlərinə görə, çipsilər o halda zərər verir ki, böyük paketlərdə alınır. Böyük paketlər kiçiklərdən daha sərfəlidir, odur ki, insanlar böyük ölçülərə daha çox üstünlük verir. Bu da öz növbəsində mənfi nəticələrə gətirib çıxarır. O qeyd edib ki, çox sayda meyvə də sağlamlığa mənfi təsir göstərə bilər:
"İnsanlar bilməlidir ki, həddən artıq şirin meyvə qəbulu da köklüyə səbəb olur, bütün fruktoza mədəyə daxil olur və visseral yağ əmələ gətirir".
Qidalanma mütəxəssisi əmindir ki, az zərərli məhsulların kiçik qablaşdırılmalarının təbliğatını aparmaq lazımdır. Bu, həm köklüyə səbəb olmayacaq, həm pula qənaət edəcəklər, həm də bütün risklər aşağı enəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 406 349 340 382 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.