n2006

n2006 Sağlamlıq 31-08-2022, 07:00

Dietoloq artıq çəkidən xilas olmaq istəyənlərə səsləndi: "Arıqlamaq üçün mükəmməl vasitədir

Dietoloq artıq çəkidən xilas olmaq istəyənlərə səsləndi: "Arıqlamaq üçün mükəmməl vasitədir
Arıqlamaq istəyən insanlar düzgün pəhriz seçməlidir. Tərəvəz, ədviyyat, yağsız ət və yumurta rasiona mütləq daxil olmalıdır.
LoaDinG.Az xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis Yelena Solomatina "Вечерней Москве" verilişində qonaq olarkən deyib. Mütəxəssisin fikrincə, kələm arıqlamağa kömək edən mükəmməl vasitədir. Lakin tiroid xəstəlikləri olan qadınları əksinə, kökəldə bilər, odur ki, pəhriz saxlayarkən həkimlə məsləhətləşmək vacibdir.
"Zülal menyuda olmalıdır! Bu, qaynadılmış toyuq, dovşan əti, yağsız mal əti ola bilər", - Solomatina xatırladıb.
Həkim qeyd edib ki, hər gün səhər bir və ya iki yumurta yemək lazımdır. Bundan əlavə, arıqlamaq istəyənlər tərəvəz şorbaları yeyə bilər.
"Bunlar aşağı kalorili, çox miqdarda yeyilə bilər", - ekspert izah edib.
Qidalanma mütəxəssisi qidaları yavaş-yavaş çeynəmək lazım olduğunu vurğulayıb, çünki beyin yalnız 20 dəqiqədən sonra qana qlükoza daxil olması barədə siqnal alır.
Dietoloq duzun zərərli olması barədə məlumatı təkzib edib. Mütəxəssisin fikrincə, duz bədən üçün zəruridir, onsuz sinir-əzələ impulslarının ötürülməsi mümkün deyil, mədə şirəsi əmələ gəlməsi üçün xlor lazımdır, ancaq az miqdarda istifadə edilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 332 305 287 347 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.