n2006

n2006 Mətbəx 31-08-2022, 17:00

Cana faydalı balqabaq sıyığı – ASAN RESEPT

Cana faydalı balqabaq sıyığı – ASAN RESEPT
Balqabağı sevməmək ən böyük ağılsızlıqdır. Çünki bu ucuz, günəş kimi parlaq, şirin qida insanın mədəaltı vəzisindən tutmuş bağırsaqlarına kimi faydalıdır.


LoaDinG.Az uşaqdan böyüyə hər kəs üçün faydalı olan, qışın vazkeçilməz neməti balqabaqdan asan sıyıq hazırlanmasını təqdim edir. Bu sıyığı istər səhər, istər axşam yeyə bilərsiz.

Ərzaqlar:


Balqabaq – 500 qr

Buğda – 1 stəkan

Süd – 2 stəkan

Kərə yağı – 2 x.q

duz – zövqə hörə

qaynar su



Hazırlanması:


Süd qaynadılır, bura balqabağın təmizlənmiş ləti kvadrat doğranılıb qatılır və 20 dəqiqə yumşalana kimi bişirilir. Təmiz buğdanı qaynar suda bir az saxlayın ki, acılığı getsin.


Qazandakı süddə balqabaq bir az yumşalan kimi suyu süzülmüş buğdanı da əlavə edib, tam bişənə kimi odda saxlayın. Arada taxta qaşıqla qarışdırın.


Hazır olmağa 3 dəqiqə qalmış, ocaqdan götürməzdən öncə kərə yağı və duzu qatın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 369 364 379 361 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.