weher uwagi

weher uwagi İslam Dini 29-08-2022, 22:00

Məhərrəmlik niyə 60 gün çəkir?

Məhərrəmlik niyə 60 gün çəkir?
Bu sualın cavabı bəziləri üçün məlum deyil. Qeyd edək ki, Məhərrəm ayı müqəddəs aylardan biridir. Bu ay Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Lakin Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqqı uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunmasının da öz mənası var.

İlk öncə qeyd edək ki, Səfər sözünün mənası (sifr) boşluq deməkdir. Belə ki, Məhərrəm ayında müharibə etməkdən çəkinən ərəb tayfaları Səfər ayından başlayaraq öz münaqişələrinə davam edib, müharibələr üçün hazırlıqlara başlayıblar. Bəzən bu ayı nəhs ayı kimi də qəbul edirlər. Lakin dini ekspertlər qeyd edir ki, bu inancın dini əsası yoxdur.

Səfər ayında İslam aləmində çox mühüm hadisələr baş verib. Səfər ayının 1-i Siffeyin döyüşünün başlanması, 5-i Həzrət Rüqəyyənin şəhadəti, 9-u Əmmar Yasirin Siffeyində şəhid olması, 20-si İmam Hüseynin şəhadətinin “Ərbəin” (40 mərasimi) günüdür. Səfər ayının 28-də isə Həzrət Məhəmməd peyğəmbər (s.ə.s) və İmam Həsənin (ə) şəhadət günüdür. Bu səbəbdən də adətən Səfər ayının “Ərbəin”dən sonrakı 10 günü də matəm günləri olaraq qəbul olunur.

Qeyd edək ki, müsəlmanlar, xüsusən də şiə məzhəbinin nümayəndələri matəm ayları sayılan Məhərrəm və Səfər aylarında toy və şənlik mərasimləri keçirməkdən imtina edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 591 589 577 539 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.