Paulo Koelyo'dan Sitatlar
Paulo Koelyo'dan Sitatlar
- Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.
- Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də. Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır; sevməyə belə!
- Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur.
- Əgər sevmədiyin insanların üzünə baxmaq məcburiyyətindəsənsə və istəsən də qaça bilmirsənsə; 'Gülümsəyərək ağlamağı öyrənirsən deməkdir'.
- Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur.
- Nə edirsən et, ağılın həmişə seçə bilmədiyində qalar. Və olmasını istədiyin bir şey ancaq ondan imtina edəndə reallaşar.
- Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi.
- Ehtiras insana imkan vermir ki, yesin, yatsın, işləsin, rahatlığını əlindən alır. Çoxları qorxur, çünki o, yaranan zaman əvvəlki və öyrəşdiyimiz hər şeyi yıxıb dağıdır.
- İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər. Qazanan həmişə bəhanə olar.
- Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik.






