Bertrand Russell

Bertrand Russell Sevgi 7-07-2017, 07:06

“Sevgi nədir?” sualına uşaqların cavabları

“Sevgi nədir?” sualına uşaqların cavabları
“Sevgi nədir?” sualına uşaqların cavabları 
“Sevgi nədir?” sualına uşaqların cavabları

4-8 yaş arası uşaqlara “Sevgi nədir?” sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.


Rebeka (6 yaş) — Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əllərilə etməkdən usanmırdı. Bu, sevgidir.


Billi (4 yaş) — Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.


Krissi (6 yaş) — Sevgi — bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.


Terri (4 yaş) — Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.


Denni (7 yaş) — Sevgi — anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

Emili (8 yaş) — Sevgi o zaman yaşanır ki, həmişə bir-birinizi öpəsiniz. Bundan yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.


Noel (7 yaş) — Sevgi – bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.


Kris (7 yaş) — Sevgi — anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.


Meri Enn (4 yaş) — Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.


Cesika (8 yaş) — Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
736 739 710 714 665 767

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.