n2006

n2006 Xəbərlər 4-09-2022, 13:52

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib
Baham adalarından olan atlet Şaves Hart qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə Şimali Abako adasında gecə klubunun parklama sahəsində baş verib. Gecə vaxtı küçə münaqişəsi nəticəsində dava iştirakçılarından biri idmançının sinəsinə tapança atəş açıb.

Hadisə yerinə gələn həkimlər onun güllə yarasından öldüyünü bildiriblər. Qətlə şübhəli bilinən şəxs saxlanılıb.



Qeyd edək ki, Şaves Hart 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sprinter məsafəsinə qaçış üzrə iştirakçısı və dünya çempionatında 4X400 metr məsafəyə estafetdə gümüş mükafatçı olub. Sentyabrın 6-da onun 30 yaşı tamamlanacaqdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 356 298 306 342 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.