n2006

n2006 Xəbərlər 4-09-2022, 14:00

Argentinada pnevmoniyaya yoluxanların və ölənlərin sayı artıb

Argentinada pnevmoniyaya yoluxanların və ölənlərin sayı artıb
Argentinada Tukuman əyalətində daha iki nəfərdə mənşəyi məlum olmayan pnevmoniya aşkarlanıb.

LoaDinG.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da pnevmoniyaya yoluxanların sayı 11 nəfərə çatıb.

Sonuncu yoluxmanın qeydə alındığı xroniki xəstəlikləri olan 64 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

“NBC News” agentliyi isə bildirib ki, mənşəyi məlum olmayan pnevmoniyadan üç nəfər ölüb.

Eyni zamanda daha 7 nəfərin virusa yoluxduğu bildirilir. Bütün xəstələr Tukumandakı özəl xəstəxanada olublar.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, xəstələr qızdırma və qarın ağrısından şikayət edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 339 293 289 272 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.