Owusu

Owusu İdman 5-09-2022, 10:40

"Qarabağ” Almaniyaya uça bilməyəcək - PROBLEM

"Qarabağ” Almaniyaya uça bilməyəcək - PROBLEM
Sentyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Frayburq”un qonağı olacaq “Qarabağ” hazırlıqlarını Bakıda davam etdirir.

“Köhlən atlar” Bakıda sonuncu məşqini sentyabrın 6-sı səhər edəcək.

Həmin gün axşam saatlarında isə Bakıdan Frayburqa yola düşəcək. Lakin birbaşa Almaniyaya yox, öncə İsveçrəyə, ordan mənzil başına.

Matçın keçiriləcəyi Frayburq şəhərində beynəlxalq reysləri qıəbul edə biləcək aeroport yoxdur.

Təmsilçimiz bu səbəbdən Bakıdan çarter reysi ilə birbaşa Bazelə uçacaq. Bu şəhərdən Frayburqa olan 60 kilometrlik, yəni təxminən 1 saatlıq yol isə avtobusla qət ediləcək.

Azərbaycan çempionunun vətənə dönüş vaxtında da diqqətçəkən məqam var. Belə ki, İsveçrədə gecə uçuşları olmadığından, komandanı Bazeldən Bakıya gətirən təyyarə vətənə matçın ertəsi - sentyabrın 9-da qayıdacaq.

Təyyarə havaya Bakı vaxtı ilə 13.30-da qalxacaq ki, təxminən 4 saatlıq uçuşdan sonra Azərbaycana çatacaq.

“Frayburq” – “Qarabağ” qarşılaşması sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 339 426 328 361 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.