n2006

n2006 Xəbərlər 6-09-2022, 13:39

Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıb

Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıb
Bu ilin yanvar-iyul aylarında 5,1 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib. Bu baxımdan Azərbaycan 13-cü yeri tutur.

LoaDinG.Az`ın məlumatına görə, bu barədə Özbəkistan mətbuatı bu ölkənin Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumilikdə, hesabat dövründə Özbəkistana 2 milyon 416,9 min xarici vətəndaş gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 296,8 min nəfər və ya 2,2 dəfə çoxdur.

Özbəkistana səfər edən turist sayına görə ilk pillələri Qazaxıstan (716,7 min nəfər), Qırğız Respublikası (675,1 min nəfər), Tacikistan (637 min nəfər), Rusiya (247,2 min nəfər) və Türkiyə (38,6 min nəfər) tutur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 362 357 328 362 290

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.