n2006

n2006 İdman 7-09-2022, 11:14

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb
Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında Ukrayna millisi sensasiyaya imza atıb.

LoaDinG.Az xəbər verir ki, 1/4 finala vəsiqəni İtaliya, Fransa, Sloveniya, Argentina, Braziliya, Polşa və ABŞ-la yanaşı, bu ölkənin komandası da əldə edib.

Ukrayna yığması tarixdə ilk dəfə belə bir hüquqa yiyələnib.

1/4 finalda qarşılaşacaqlar:

7 sentyabr

19:30. İtaliya – Fransa

23:00. Sloveniya – Ukrayna

8 sentyabr

19:30. Argentina – Braziliya

23:00. Polşa – ABŞ

Qeyd edək ki, bu yarış Rusiyada keçirilməli olsa da, siyasi vəziyyətlə əlaqədar Polşa və Sloveniyaya salınıb. Ukrayna isə yarışdan kənarlaşdırılan Rusiyanı reytinq siyahısında daha üst pillədə olduğu üçün əvəzləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 374 281 371 342 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.