n2006

n2006 Xəbərlər 7-09-2022, 11:21

ABŞ generalı Ukraynanın Krımı azad edəcəyi tarixi açıqlayıb

ABŞ generalı Ukraynanın Krımı azad edəcəyi tarixi açıqlayıb
“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

LoaDinG.Az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib.

O, Ukraynanın Krımı işğaldan azad edəcəyinə əmindir: “Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur”.

Generalın sözlərinə görə, Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır: “Qarşıdakı həftələrdə bizi çətin döyüşlər gözləyir. Rusiya qüvvələri daha da zəifləyəcək. Bununla belə, biz Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 377 299 315 354 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.