ABBASOV_MUSA

ABBASOV_MUSA Şeirlər 7-09-2022, 18:00

Maraqlı şeir (5)

Maraqlı şeir (5)
Onun gözləri mənə görə çox özəl
O, çox gözəl
Məncə ehtiyac yoxdu çox sözə
Hər şey çox gözəl o, sanki möcüzə
Zaman donub, dayanıb bizi gözləyər
Əgər dayanıbsa mənlə üz-üzə
Əqli kamalımda tək o, gözəl
Mən gözlərəm bir ömür döz desə
O, mənə dəyərli
Kobud sözlərim qəlbinə dəyərdi
Sən qal yanımda belə yanımda ol
Səni səhərə qədər izləyərdim
Dünən xoş idi bu günə nisbətən
Seç etibar etmə qismətə
O, üzünü cevirib gözünü gizlədər
Məndə yox gizlin nəsə gizlədəm
İstəsən al götür qəlbimi özündə saxla
Səndə gedərkən qapını açıq saxlama bağla
Neçə qonaqlar keçib bu otaqdan
Sevgi üç bucaqda
Çox yarpaqlar düşüb bu dağdan
Zaman dövr edir qocalır bu dağlar
O, uzaqda belə mən uzaqda
O, uzaqda
Ona baxmaq qalıb tək uzaqdan
Bax mənə uzaqdan
Qaç yanıma məni bərk qucaqla
Gəl qucaqla
Qəlbim buz bağlar, ağlar gözlərim
Saxla dur dayan ama qatar uzaqda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 556 497 468 458 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.