n2006

n2006 Xəbərlər 10-09-2022, 08:33

Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb

Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1 400 nəfərə çatıb.

LoaDinG.Az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Məlumata görə, musson yağışları nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1 396 nəfər ölüb, 12 728 nəfər yaralanıb.

Aramsız yağışlar 1 743 345 evə ziyan vurub, onlardan 568 817-si tamamilə dağılıb.

Qeyd edilir ki, 6 674 kilometr yol və 269 körpü dağıdılıb, 750 min başdan çox kənd təsərrüfatı heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkib, 634 min 749 nəfər çadır şəhərciklərinə yerləşdirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 292 278 286 310 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.