n2006

n2006 Xəbərlər 12-09-2022, 12:03

Ermənistanda kəskin respirator xəstəliklər 20 % artıb

Ermənistanda kəskin respirator xəstəliklər 20 % artıb
Ermənistanda kəskin respirator xəstəliklər ötən həftə ilə müqayisədə 20 % artıb.

LoaDinG.Az xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin epidemioloqu Nerses Qriqoryan deyib.

Onun sözlərinə görə, xəstəliyə daha çox yoluxma halları 4 yaşa qədər (əvvəlki həftə ilə müqayisədə 1,4 dəfə artım) və 5 yaşdan 14 yaşa qədər (1,5 dəfə çox) uşaqlarda aşkar edilib. Yetkin əhali arasında kəskin respirator xəstəliklər daha az yayılıb: xəstəliyə yoluxma hallarının sayı 1,1 dəfə artıb.

Qriqoryan qeyd edib ki, bu gün Ermənistanda paraqrip və rinovirus xüsusilə geniş yayılıb. Onun əlamətləri - qızdırma, yuxarı tənəffüs yollarının iltihabı, əzələ ağrısı, zəiflikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 320 249 281 291 270

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.