n2006

n2006 Xəbərlər 12-09-2022, 21:30

Bolqarıstan Kiyevdəki səfirliyinin işini bərpa edib

Bolqarıstan Kiyevdəki səfirliyinin işini bərpa edib
Bolqarıstanın Kiyevdəki səfirliyi sentyabrın 12-də işini bərpa edib.

LoaDinG.Az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Sentyabrın 12-dən Kiyevdəki səfirliyin işini bərpa etməsi Bolqarıstanın Ukraynaya güclü dəstəyinin növbəti göstəricisidir. Ukraynaya, o cümlədən ölkənin müharibədən qaçan vətəndaşlarına hər cür yardımı davam etdirən ölkəmiz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, o cümlədən ərazi sularında müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - məlumatda deyilir.

Bolqarıstan səfirliyi bu mərhələdə məhdud tərkibdə işləyəcək, ona müvəqqəti idarəçi rəhbərlik edir. Konsulluq xidməti də məhdud tərkibdə işləyəcək, məhdud sayda xidmət göstərəcək, Bolqarıstanla rabitə kanalları tam bərpa edildikdən sonra isə tam fəaliyyətə başlaya biləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 358 301 235 326 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.