n2006

n2006 İdman 13-09-2022, 10:25

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib
İngiltərənin "Mançester Yunayted" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından təklif alıb.

LoaDinG.Az xəbər verir ki, adı açıqlanmayan klub 37 yaşlı hücumçuya illik 240 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Lakin portuqaliyalı forvard rədd cavabı verib. Ronaldu təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu olacaqdı. Təcrübəli hücumçunun az forma şansı qazandığı üçün mövsümün sonunadək ayrılma "qırmızı şeytanlar"dan ehtimalı yüksəkdir.

Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldunu yerli çempionata gətirmək istədiyini bildirib.

Qeyd edək ki, hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 360 307 399 341 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.