n2006

n2006 Xəbərlər 14-09-2022, 18:06

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir
Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir.

LoaDinG.Az`ın xəbərinə görə, brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov danışır.

O, Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verir.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 282 282 301 295 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.