n2006

n2006 Xəbərlər 15-09-2022, 06:49

Volodimir Zelenski yol qəzasına uğrayıb

Volodimir Zelenski yol qəzasına uğrayıb
Kiyevdə minik avtomobili ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin xidməti avtomobili və onu müşayiət edən maşınlar toqquşub.

LoaDinG.Az`ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Nikiforovun sözlərinə görə, dövlət başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə təcili yardım göstərib və onu təcili tibbi yardım maşınına təhvil veriblər.

“Prezident həkim tərəfindən müayinə olunub, ciddi xəsarət aşkar edilməyib”, - məlumatda deyilir.

Hadisənin başvermə şəraiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 315 288 296 286 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.