ice berg

ice berg Şeirlər 25-09-2022, 16:09

Kaşki..

Kaşki..
Dustağam bir gülün baxışlarında
Yaxın gəlməməyi yaxşıdı mənə,
İtəcək alnımın qırışlarında..


Talehin qələmi qismət yazanda
Səni də bəxtimə yazaydı kaşki,
Son qərib xəyalım fikrin azanda
Sənli günlərim də azaydı kaşki..

Süründüm ardınca kölgələr kimi
Ayaq izlərinə toxunmaq üçün,
Bəxtim də olmadı nəğmələr kimi ·
Gül dodaqlarında oxunmaq üçün..

Bir baxarsan mənə məstanə gözün qan eylər
Saçların aşiqi əhvalın-pərişan eylər
Gül[b] ləbindən bir ömür dərdimə dərman eylər
Elə bir busə əta,xəstə sağalsın getsin..

Mən dedim ömrümü eşqinlə,məhəbbətlə sürüm
O.qara saçları sünbül kimi bir birinə hörüm
Uzanan zülfünü hər kim ki kəsibdirsə görüm
Bəxti olsun qara,həm ömrü qısalsın getsin..

Vüqar Biləcəri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1442 1488 1322 1351 1326 1314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.