reklam
Günah işləməmək mümkündürmü? Günah işləməmək mümkündürmü? https://sun.az/uploads/posts/2022-09/1664377918_bf404ffbe5cf9e638318f36026ef2703.jpg
sonsuz_sevgi

sonsuz_sevgi İslam Dini 28-09-2022, 22:30

Günah işləməmək mümkündürmü?

Günah işləməmək mümkündürmü?
İnsan günah işləyə bilən bir varlıqdır. "Mənim günah işləməyim mümkün deyil."deyə bilən bir adam yoxdur. Hər insan, bu və ya digər şəkildə, az və ya çox günah çuxuruna yaxınlaşır, bəzən də içinə düşür.

Bizlər ağıl və qəlb müvazinəti içində həyatımızı yaşayırıq.Ancaq insan sadəcə ağıl və qəlbdən ibarət olmadığı üçün başda nəfs olmaqla, basqın duyğular, söz dinləməz hislər, önüalınmaz həvəslər və qarşısıalınmaz vəhmlər altında bəzən iradi və ya qeyri-iradi iradəmizi ram edə bilməyir və günah işləyirik.

Əslində, Uca Allah bizi Özünə yaxınlaşdırmaq, bizi Özünə möhtac etmək, bizi Özünə çəkmək üçün bir-birindən fərqli, müxtəlif vəsilələr yaratmışdır. Məsələn, acmaq kimi bir duyğu verib, bizi qidaya möhtac etmiş, Rəzzaq olduğunu göstərmiş və bizi bu yolla Özünə bağlamışdır. Biz də qul olaraq bütün ehtiyaclarımızı Ondan istəmiş, Onu Rəzzaq olaraq bilmiş, həqiqi mənada ruzi verən olaraq Onu tanımışıq. Deməli, Rəzzaq adı acmağımızı tələb edir.

Eyni şəkildə, biz günahkarıq, Allah bağışlayandır. Biz xəta edirik, Allah əfv edəndir. Biz üsyana qapılırıq, Allah məğfirət edəndir. Biz tövbə edirik, Allah tövbəmizi qəbul edəndir. Allah Qafurdur, Əfuvvdur, Qaffardır, Təvvabdır. İşlədiyimiz günahlar bizi Allahın bu mübarək adlarına yönləndirir, bizi Ona aparır. Beləliklə, Allahı Qafur və Qaffar adları ilə tanımış oluruq.

Bədiüzzamanın dediyi kimi 'Qaffar ismi günahların vücudunu və Səttar ismi qüsurların olmasını tələb edir.' Açıqçası, günah işlənsin ki, Allahın Qaffar adı təcəlli etsin; qüsur edilsin, xəta işlənsin ki, Allah da qulunun qüsurunu üzünə vurmayıb örtərək Səttar olduğunu göstərsin.
Bir hədisində, Sevgili Peyğəmbərimiz (s.ə.s) bu gerçəyi necə də gözəl dilə gətirir:

"Nəfsim qüdrət əlində olan Zata and içirəm ki, əgər siz heç günah işləməsəniz, Allah sizin hamınızı həlak edər, sonra günah işləyən, ardınca da istiğfar edən bir qövm yaradar və onları məğfirət edərdi."1

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
156 205 180 195 184 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.