n2006

n2006 Xəbərlər 8-10-2022, 09:32

Britaniyalılar qışda elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər

Britaniyalılar qışda elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər
Qlobal enerji bazarlarında qeyri-müəyyənlik və dəyişkənliklər güclənərsə, britaniyalılar qışın müəyyən vaxtlarında elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər.

LoaDinG.Az xəbər verir ki, bu barədə qaz və elektrik şəbəkələrinin operatoru “National Grid Plc” xəbərdarlıq edib.

İngiltərə, Şotlandiya və Uelsdəki evləri elektrik enerjisi ilə təmin edən şirkətdən bildirilib ki, baza ssenarisinə əsasən, istehlakçılar üçün heç bir problem olmayacaq və işıqların kəsilməsi ehtimalı azdır. Bununla belə, qaz tədarükünün son dərəcə aşağı səviyyədə olacağı təqdirdə bu, ən pis ssenaridə mümkündür.

Eyni zamanda, məlumatda qarşıdan gələn qış dövrünün, ehtimal ki, elektrik enerjisi təchizatçıları üçün gərgin keçəcəyi vurğulanıb, lakin operator riskə nəzarət etmək üçün əlavə alətlər hazırlayıb.

“National Grid” qaz qıtlığı və ya başqa ölkələrdə istehsal problemləri səbəbindən Avropa ölkələrinin Böyük Britaniyaya elektrik enerjisi ixrac edə bilməyəcəyi ssenari ehtimalı barədə də xəbərdarlıq edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
302 314 297 288 266 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.