n2006

n2006 Sağlamlıq 16-10-2022, 10:15

Daban çatlarından qurtulmaq üçün ideal vasitələr

Daban çatlarından qurtulmaq üçün ideal vasitələr
Ən çox yayılan dəri problemlərindən biri də çatdır. Xüsusən də daban nahiyəsində yaranan çatlar ağır fəsadlar yarada bilər. Çatlar dərinləşdikcə isə qanaxma və infeksiyaya səbəb olur.
LoaDinG.Az xəbər verir ki, daban çatları ən çox quru dəridə yaranır. Odur ki, yay mövsümünədək ideal dəri, xüsusən dabana sahib olmaq istəyirsinizsə, bu vasitələrdən istifadə edin.
Zeytun yağı
Pambıq diskləri zeytun yağına batırıb, problemli nahiyəni 10-15 dəqiqə ərzində masaj edin. Sonra isə pambıq corab geyinib, bir saat gözləyin.
Yaxud 1 xörək qaşığı zeytun yağına bir neçə damcı limon (lavanda yağı) qarışdırın, eyni qaydada istifadə edin.
Limon şirəsi
Limon suyu da dərini təmizləyir, rəngini gözəlləşdirir, həmçinin ölü hüceyrələri bərpa edir. Limon suyu ilə dərini siləndən sonra mütləq yuyub, krem çəkin.
Dəriniz əvvəlki hamarlığına qovuşanadək proseduru hər gün təkrarlayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 417 389 377 352 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.