Final:Murdar
Gözlərimi meşədə açdım. Ürküdücü orman səsləri ətimi ürpəşdirirdi. Halsız idim, danışmağa, tərpənməyə belə heyim qalmamışdı. Çox qorxurdum. Bu elə bir qorxu idi ki, bədənimin titrəyişi, dişlərimin bir-birinə dəyməsindən yaranan səs belə məni diksindirirdi. Hara idi bura? Nə olmuşdu? Heç nə bilmir və xatırlamırdım. Ayaqlarım sızıldayır, aşağı hissəmdən nəsə isti bir şeyin süzüldüyünü hiss edirdim.
Sonra baş verənlərlə bağlı yalnız fraqmentlər yadımdadır. Bir nəfərin məni qucağına alması, "Qorxma, ağıllı bala", - deyərək nəvaziş göstərməsi... Yol boyunca açılıb-yumulan gözlərimin önündə təkcə ağaclar var idi, başqa heç nə...

Özümə gələndə xəstəxanada idim. Rayonun uçmaq üzrə olan xəstəxanasının sökülüb-tökülmüş otağında yalnız nənəmlə anam var idi. İkisi də başlarını aşağı salıb dərin fikrə getmişdilər. Dodaqlarımdan bircə kəlmə çıxdı: Su.
Bundan sonra otaqda canlanma yaşandı. İkisi də əl-ayağa düşdülər. Anam hıçqırıqlara boğula-boğula su verdi, nənəm ayaqlarımı qucaqlayıb: "Mənim bəxtsiz balam", - deyə ah çəkə-çəkə ağladı.
Sonra həkimlər gəldi, müayinə etdilər, yoxladılar, baxdılar... Anamla danışanda eşitdim ki, sən demə, iki gündür aralıqsız yatırmışam.
"Allah bu körpəni zorlayanın bəlasını versin. Gör hansı günlərə qalmışıq, ay Allah" - həkimin anama söylədiyi bu sözlər məni sanki göyə qaldırıb yerə çırpdı. Zorlamaq... Görəsən, bu nə olan şey idi? Mənə nə etmişdilər? Başıma nə oyun açmışdılar? Qorxuya qapıldım. Var gücümlə qışqırdım, çığırdım, qolumdakı iynələr çıxdı, anam, həkimlər gəlib məni sakitləşdirməyə çalışdı... Sonra quzu kimi oldum. Yəqin, iynənin təsiri idi...
Xəstəxanada nə qədər qaldım, heç bilmirəm. Çıxandan sonra bir müddət atamı görmədim. Elə bil qeybə çəkilmişdi, ya məndən qaçırdı. Günlərim yataqda keçir, həyət-bacaya da çıxmırdım. Arada evdəkilərin pısın-pısın nəsə danışdığını eşidir, amma nəyi müzakirə etdiklərini seçəmmirdim.
Bir gün atamın əsəbi səsini eşitdim: "Gedirik, vəssalam!".
Kənddəki hər şeyimizi satıb dayımgilə gəldik. Bir müddət burada qaldıqdan sonra ev alıb ora köçdük. Uşaq idim, qısa müddətdə baş verən bu hadisələri dərk edə bilmirdim. Çox sonralar, nənəm vəfat etdiyində hər şeyi aydınlaşdırdım.
Ölüm ayağında idi. Atamı yanına çağırıb vəsiyyətini etdi: "Məni orada basdırın".
Başıma gələn hadisənin üzərindən 9 il sonrasının söhbətini edirəm. Nənəm öləndə 19 yaşım var idi. Yenə ürkək idim, qorxaq idim, çəkingən idim... Lakin artıq başa düşürdüm. Nənəm doğma kəndimizdə basdırılmasını istəyirdi. Elə bu vəsiyyətindən bir gün sonra da aramızdan ayrıldı. Amma atam onun son arzusunu yerinə yetirmədi. Nənəmi şəhərdə dəfn etdik...
Mənimsə keçmişlə bağlı öyrənmək istədiyim şeylər var idi. Biz niyə kənddən çıxmışdıq, hər şeyimizi satıb buralara niyə gəlmişdik?
Nənəmin dəfnindən sonra dayım arvadı hər şeyi, başıma gətirilən o müsibətdən sonra olan hər şeyi danışdı:
- Sənin başına o hadisə gəldikdən sonra kəndin kişiləri atanı qırağa çəkib bunun nəsli üçün ləkə olduğunu, sənin murdarlandığını deyib, qızından canını qurtarmasını söyləyiblər. Sənin dərdin onsuz da atanı yıxmışdı, bir də kəndlilərin bu sözləri onu daha da sarsıdıb. Bir neçə gün ortalıqda olmadı, bilmirik, o vaxtı harada idi, dayına da onunla bağlı heç nə deməyib.Amma geri qayıdanda uzun-uzun götür-qoy etdiyini anlamışdıq. Dayın deyir ki, atanla danışandan sonra ürəyi yerinə gəlib. O elə bilib ki, atan kəndlilərin dediyini edəcək, amma yox, onun qərarı tam başqa imiş. Buralardan getməyi düşünürmüş. Biz sizdən qayıtdıqdan sonra anan danışır ki, nənənlə kənddən getməyə razı olmayıblar. Ancaq kənd kişilərinin atandan üz çevirməsi, ona qeyrətsiz kimi baxmalarına dözə bilməyib, son qərarını verib: "Gedirik, vəssalam!". Bax belə, quzum. Eh... onda anan da qonşularla düşmən kəsilmişdi... Yetim neyləsin, dişiylə-dırnağıyla tikib-qurduğu yurdundan köçmək ağır gəlib ona. Amma buradasınız, maşallah, böyümüsən, artıq hər şey geridə qalıb...
Dayım arvadı ilə söhbət etdikdən sonra günlərlə özümə gəlmədim. Deməli, atam, anam mənə görə hər şeylərindən vaz keçmiş, mənim üçün yeni həyat qurmuşdular... Basqılara boyun əyməyərək insanların nə dediyinə önəm verməmiş, qızlarını seçmişdilər...
Üstündən bir neçə gün keçmişdi, fikrimdə ancaq dayıarvadının danışdıqları var idi, başqa heç nə düşünə bilmirdim... Bütün bunları fikirləşirdim ki, atam evə gəldi. Baxmadım, kefi, halı necədir, otağımdan çıxıb birbaşa yanına getdim, boynuna sarıldım, bərk-bərk qucaqladım. Təəccüblənmişdi, nə edəcəyini bilmirdi. Bir az sonra o da məni qucaqladı, bağrına basdı. İkimiz də ağladıq... Bizim bu həsrət qucaqlaşmamıza anam da kənardan hıçqırıqları ilə qatıldı...
19 il əvvəl baş vermiş hadisə hər şeyə rəğmən, birliyimizi poza bilmədi. Kimlərinsə "murdarlanıb, öldürülməlidir" dediyi mən bu gün dimdik ayaq üstəyəm. Tanrı məni olduğum kimi qəbul edən, sevən birini də qarşıma çıxardı. Toysuz-büsatsız evləndik. Övladımız isə... olmadı. Həmin hadisədən sonra həkimlər bir daha uşağımın olmayacağını deyiblərmiş. Amma həyat yoldaşımla körpə övladlığa götürmüşük, onu öz uşağımız kimi böyüdürük. Xoşbəxtəm. Hər şeyə rəğmən, xoşbəxtəm.

Aqil Bəkir
LoaDinG.aZ ədəbiyyatqazeti.az'a istinadən təqdim etdi