ice berg

ice berg Sevgi 25-10-2022, 01:56

Bir..iki..üç..sonsuz

Bir..iki..üç..sonsuz
Hər gün bir insana baxdım
Danışdılar, mən dinləyirmiş kimi baxdım...
Hərdən addımlarımdan hardayam deyə soruşdum...
Hər gün bir-neçə dəfə şəkillərinə baxdım,
Hər dəfə özümdən soruşdum "niyə bu qədər bağlandın?!"
Hər gün səhəri "sabahın xeyir" sözünlə açdım,
Darıxdım... Susdum... Sevdim... Heç nə demədin...
Hər gün hər şeyi anladığını düşündüm,
Güldüm... Ağladım... Sevindim... Gülümsədin...
Hər gün gülümsəməyin nə olduğunu fikirləşdim,
Bütün düşüncələr, yollar, bilinməyən yerlər mənimlə getdi,
Oxuduğum hər cümlə mənə bıçaq kimi batdı,
Heç nə anlamadım...
Hər gün Sənə içimdə bir dəfə "sevgilim" deyə səsləndim,
Hər gün ağrı daddım, unutmaq üçün deyil amma...



... Və bir gün anladım ki, Sən də mənim qədər sevirsən ...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
586 638 570 640 589 632

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.