tanıyam səni

Tez-tez gül çöhrənlə şəkillər çəkdir
Qırışlar düşəcək vaxt gələcəkdir.
Səni tanımaqçün illər gərəkdir,
Həyat yollarında sınıyam səni.
❤❤❤
Səni görmüşəmmi tanıyam bəyəm?,
Əyrindən danışam,düzündən deyəm.
Düzünü görəndə tərif eyləyəm,
Səhvini görəndə qınıyam səni.
❤❤❤
Bircə yol gözümə bax,istəyirəm
Mən həmin zamanı bax istəyirəm.
Mən səni tanımaq çox istəyirəm
İcazə vermirsən tanıyam səni?.
Şəhriyar Allahyaroğlu
Qırışlar düşəcək vaxt gələcəkdir.
Səni tanımaqçün illər gərəkdir,
Həyat yollarında sınıyam səni.
❤❤❤
Səni görmüşəmmi tanıyam bəyəm?,
Əyrindən danışam,düzündən deyəm.
Düzünü görəndə tərif eyləyəm,
Səhvini görəndə qınıyam səni.
❤❤❤
Bircə yol gözümə bax,istəyirəm
Mən həmin zamanı bax istəyirəm.
Mən səni tanımaq çox istəyirəm
İcazə vermirsən tanıyam səni?.
Şəhriyar Allahyaroğlu






