n2006

n2006 İslam Dini 25-10-2022, 21:20

Allahın "ət-Təvvab" adının mənası.

Allahın "ət-Təvvab" adının mənası.
ət-Təvvab tövbələri qəbul edən deməkdir. Uca Allah buyurur: «Şübhəsiz ki, O tövbələri qəbul edəndir» (əl-Bəqərə 37).
Tövbə etmək günahdan dönmək, onu tərk etmək deməkdir. Tövbə etmək asilikdən əl çəkib Allahın itaətinə qayıtmaqdır. Uca Allah bəndəni tövbə etməyə müvəffəq edir, tövbə etdikdə isə onun tövbəsini qəbul edir. Uca Allah bəndələrinin tövbə etmələrini və Onun itaətinə qayıtma yollarını asanlaşdırır. Allah tövbə edənin günahlarını silib yox edir. O buyurur:
«Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görərsə, o şübhəsiz ki, Allaha yaxşı bir dönüşlə dönər». (əl-Furqan, 70-71).
Allah Elçisi - sallallahu aleyhi və səlləm - buyurmuşdur: “Uca Allah gündüz günah edənlərin tövbələrini qəbul etmək üçün gecə əlini uzadır. Gecə günah edənlərin tövbələrini qəbul etmək üçün də gündüz əlini uzadır. Bu, (Qiyamət günü) günəşin şərqdən doğma (əks tərəfdən çıxma) vaxtına qədər belədir”. (Muslim, 2759).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 617 571 554 597 587

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.