n2006

n2006 İslam Dini 26-10-2022, 21:05

HZ.ƏLİNİN DİLİNDƏN ƏDALƏT.

HZ.ƏLİNİN DİLİNDƏN ƏDALƏT.
Ədalət, iki siyasətin ən xeyirlisidir.
Ədalət imanın başı, yaxşılıqların yığıcısıdır.
Ədalət xalqın dayağı, hakimlərin gözəlliyidir.
Ədalət, sənə zülm edildiyində (cavab verərkən) insaflı olmağındır; fəzilət isə, üstünlük qurduğunda bağışlamağındır.
Ədalətli ol ki hökm edə biləsən.Ədalətli ol ki padşah olasın.Ədalətli ol ki qüdrətin davamlı olsun.
Ədalətin baş bəlası qüdrətli zalımdır.

Xalqa qarşı yaxşı niyyətli olmaq, az tamah və çox dindarlıqla ədalətdən kömək istə.
Ən uca hədiyyə ədalətdir.
Ən gözəl ədalət məzluma kömək etməkdir.
Xalqın ən ədalətlisi özünə zülm edənə qarşılıq insaflı olanıdır.
Hökm verərkən insaflı olub zülmdən qaçmaq ədalətdəndir.

Həqiqətən də ədalət, Allah tərəfindən xalq arasında buraxılmış bir ölçüdür; Allah onu, haqqı qoymaqla vəzifələndirmişdir. Elə isə ONA müxalif çıxma və hökmranlığının qarşısında dayanma.
Həqiqətən də Allah, ədalət və lütfkarlığı əmr etmiş, çirkin sifətlərdən və zülmdənsə məhrum etmişdir.
Ədalət bəyənilən, zülm isə bəyənilməyəndir.
Ədalət, şahidliyin ruhudur.
Hz.Əlinin dilindən ədalət...
Ədalət hökmlərin canıdır.
Ədalət ən yaxşı şahidlikdir.
Ədalət xalqı islah edər.
Ədalət sultanın fəzilətidir.
Ədalət ən böyük zənginlikdir.
Ədalət insafdır.

Ədalət ölçü, zülm isə həlakdır.
Ədalətli, iki mükafatdan ən yaxşısını gözləyən müşahidədir.
Xalqın ən ədalətlisi, haqq üzrə hökm edəndir.
Ədalət bərəkəti artırar.
Allah ədaləti, xalqa dəstək olmaq; zülmü və günahları təmizləmək, İslamın inkişafını təmin etmək üçün təqdir etmişdir.
Ədalətli insanların fəlakəti az dindarlıqdır.

Ədaləti çox olan hər vaxt təriflənər.
Şəhərlərdə ədalətli olana Allah rəhmətini yayar.
Kimin xarici daxiliylə bir olar, əməli sözünü doğrularsa belə kimsə əmanəti yerinə yetirmiş və ədaləti sabit olmuşdur.
Allah, ədalətli davrananın səltənət və mülkünü sağlamlaşdırar.
Ədalətin siyasəti üçdür: Dayanıqlılıqda mülayim olmaq, ədaləti sonuna çatdırmaq, münasib bir şəkildə lütf etmək.
İki şeyin savabı ölçülməz: Əfv və ədalət.

Dostun və düşmənin haqqında ədalətli ol, kasıblıq və zənginlikdə isə münasib ol!
Ədalətin son dərəcəsi insanın öz nəfsinə qarşı ədalətli olmasıdır.
Ədalətdə lütfkarlıq vardır.
Ədalətdə, Allahın sünnəsinə uyğun gəlmək və dövlətlərin sabitliyi vardır.
Ədalətdə genişlik vardır; ədalətin çətin gəldiyi kimsəyə zülm daha çətin gəlir.

Zülmdən qaçmaq, ədalətin tələb etdiyi şeylərdəndir.
Ədalətlə bir şeyə sahib olmadıqca şəhərlər inkişaf edə bilməz.
Zəifləri ədalətindən ümidsiz etmə!
Zülmlə alınan şeyləri geri vermək kimi üstün ədalət yoxdur.
Ədalət həyatdır.
Öz hökmün nəfsinə təsir etdiyi zaman xalqın nəfsi də sənin ədalətinə yönələcək.

Ədalət ən xeyirli hökmdür.
Ədalət qurtuluş və ucalıqdır.
Ədalət xalqın dəstəyi, dayağıdır.
Ədalət hökmdarlığın nizamıdır.
Ədalət ən möhkəm təməldir.
Ədalət ən üstün xasiyyətdir.
Ədalət, ona əməl edəni zülmlərin məngənəsindən rahatlığa çıxarar.
Ədalətin baş bəlası qüdrətli zalımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
773 832 777 737 710 674

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.